Azərbaycan, Bakı, 11 mart /müx. "TrendLife" Günel Əhmədova/
Verilişlərin birində müğənni Elnarə tərəfindən duelə çağırılan Teymur Əmrah onun ünvanına xoşagəlməz fikirlər səsləndirib. TrendLife-ın müxbiri ilə söhbətində Elnarənin seçimindən təəccübləndiyini deyən T.Əmrah Elnarənin onun haqqında söylədiyi xoş sözlərlə razılaşmayıb: "Adıçəkilən müğənni hər yerdə idda edir ki, guya mən onun müəllimiyəm. Əsla belə deyil. O, mənim tələbəm yox, əməkdar artist olan tələbəmin (adını çəkmək istəmir) tələbəsidir. Onun hələ 2 yaşı olanda, mən Ümumittifaq müsabiqənin laureatı olmuşam".