...

Nadir Qafarzadə Xocalı köçkünlərinə yardım etdi

Cəmiyyət Materials 12 Mart 2008 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /müx. TrendLife Günel Əhmədova/

Bu səhər müğənni Nadir Qafarzadə Suraxanı rayonundakı yataqxanaların birində məskunlaşan köçkün ailələrinə yardım edib. Müğənninin TrendLife-a bildirdiyinə görə, bu, hər il Novruz bayramı ərəfəsində atdığı xeyriyyə aksiyalarından biridir və heç bir konpensasiya xarakteri daşımır. Müğənninin dediyinə görə, o, bir neçə ailəni ərzaq yardımı ilə təmin edib: "Yardım ideyası bizim məlum İsrail səfərindən sonra meydana çıxmayıb. Mən hər il müxtəlif bölgələrdə məskunlaşan şəhid və köçkün ailələrinə yardım göstərirəm. Bu addımım da həmin aksiyaların davamı olaraq atılıb. Səhər saatlarında yataqxanaya getdik və köçkünlərlə görüşdük. Onların ehtiyaclarını maksimum ödəməyə çalışdım".

Müğənninin əlavəsinə görə, torpaq itgisi, şəhid qanı ona daha yaxındr və müğənni bu ağrıları daima hiss edir: "Əvvəla qeyd edim ki, qardaşım Ağdamda gedən döyüşlərin birində kontuziya alıb və neçə illərdir o, bundan əziyyət çəkir. Hazırda qardaşım mənim himəyəmdədir və bunu həm Vətənimə, həm də ailəmə qarşı bir borc bilirəm. Eyni zamanda, əmim oğlu şəhiddir. O, Sumqayıtda ilk şəhid adını qazanıb. Onu da qeyd edim ki, dəfələrlə əsgərlər qarşısında çıxış etmişəm, Vətənə olan borcumu həm də belə də ödəməyə çalışmışam. Belə səfərlərin birində bizdən 100 metr aralıda olan ermənilərin qəfil açılan güllələri başım üzərindən keçirdi. Buna baxmayaraq, bir həftə sonra yenidən cəbhə bölgəsinə yollanıb, əsgərlərlə görüşdüm. Səfərlərim yenə davam edir. Onu da qeyd edim ki, cəbhədəki həmin hadisədən sonra Müdafiə Nazirliyi tərəfindən mənə təşəkkür məktubu göndərilmişdi".

Xəbər lenti

Xəbər lenti