...

ATƏT "Azadlıq" müxalifət qəzetinin jurnalistinə edilən hücum faktına Azərbaycan hökumətinin xüsusi diqqət ayırmasını gözləyir

Cəmiyyət Materials 14 Mart 2008 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart/ " müxbir K.Ramazanova/ ATƏT "Azadlıq" müxalifət qəzetinin jurnalistinə edilən hücum faktına Azərbaycan hökumətinin xüsusi diqqət ayırmasını gözləyir.

"Biz ümid edirik ki, günahkarlar tutulacaq və məhkəmə qarşısında dayanacaqlar, çünki bu çox ağır hadisədir",- ATƏT-in Bakı ofisinin hüquq departamentinin nümayəndəsi Mario Roço jurnalistlərə bildirib.

Martın 13-də, saat 20-də naməlum şəxslər tərəfindən "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin ürək nahiyəsinə ağır bıçaq zərbəsi vurulub. Jurnalisti Kliniki Tibbi Mərkəzə çatdırıblar və o, burada əməliyyat edilib.

Faktla bağlı cinayət işi açılıb.

Roço, jurnalistlərə edilən hücumlar haqqında müntəzəm məlumatlara baxmayraq, heç kimin həms edilməməsi haqqında təəssüfləndiyini bildirib.

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi, Avropa Şurası, Norveç və Almaniyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri, Azərbaycan parlamentinin deputatları Pənah Hüseyn və Nəsib Nəsibzadə, Mətbuat Şurasının sədri Əlfatun Amaşov və başqaları jurnalistə baş çəkiblər.

Xəbər lenti

Xəbər lenti