Azərbaycan, Bakı 18 mart /müx. "TrendLife" Günel Əhmədova/
Fransada və digər ölkələrdə məşhur markalardan olan "Cartier" martın 19-da Bakıda öz butikini açmağı planlaşdırıb. "TrendLife"a daxil olan məlumatda bildirilir ki, açılış mərasimində tanınmış dünya ulduzlarının iştirakı nəzərdə tutulub. Xəbərin davamında bildirilir ki, bu gün firmanın prezidenti Bernard Farnas ilə birlikdə paytaxt Bakıya məşhur aktrisa və model Monika Beluçi, habelə mahnıları dillər əzbəri olan Patrisia Kaas gələcəklər.
Butikin açılış mərasimi isə sabaha nəzərdə tutulub. Öyrəndik ki, martın 19-da "Cartier" butikinin təntənəli açılış mərasimindən sonra Azərbaycan Dövlət Filarmoniyasında Patrisia Kaas geniş konsert proqramı ilə çıxış edəcək.