...

31 mart - azərbaycanlıların soyqırımı gününə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Cəmiyyət Materials 30 Mart 2008 10:59 (UTC +04:00)
31 mart - azərbaycanlıların soyqırımı gününə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Azərbaycan, Bakı, 30 mart / Trend ", müxbir S.İlhamqızı/ Ermənistanın hakim elitasının Azərbaycan torpaqlarını işğal etmək niyyəti Cənubi Qafqaz regionunda sabitliyi pozmaqdır. Bu fikirləri Azərbaycan prezidentinin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bazar günü Bakıda keçirilən "Tarix olduğu kimi" adlı Beynəlxalq konfransda səsləndirib. İkigünlük Beynəlxalq konfrans 31 mart - azərbaycanlıların soyqırımı gününə həsr olunub.

Prezident Aparatı rəsmisi bildirib ki, Azərbaycan çox böyük strateji əhəmiyyətə malik ölkə olduğu üçün, tarix boyu ölkəmizə, tariximizə, mədəniyyətimizə sahib çıxmağa çalışırlar. Aslanov qeyd edib ki, qonşu Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi, azərbaycanlılara qarşı dəfələrlə soyqırımlar törətdiyi halda, ermənilər bütün dünyada özlərini qurban kimi qələmə verməyə çalışırlar. "Bu isə ağlasığmaz bir cəfəngiyatdır. Ermənilərin tarixdə azərbaycanlılara qarşı törətdiyi soyqırımları, vəhşilikləri, başqa xalqların tarixçiləri də yazıb, təsdiqləyib, deməli, bu faktlar bizim subyektiv fikirlərimiz deyil. Lakin yalançı erməni təbliğatı bəzi dövlətlərdə yalnış fikirlər formalaşdırıb.

Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova bildirib ki, Ermənistan heç bir məsələdə ləyaqətlə mübarizə aparmağı bacarmır. "Lakin biz öz simamızı qoruyub saxlamalı və bizə düşmən olanlara qarşı sülhməramlı niyyətimizi göstərməliyik" deyə Muradova bildirib.

Konfransda 31 mart soyqırımı ilə əlaqədar hazırlanmış "Erməni elitasının etirafları" adlı kitab təqdim olunub və soyqırıma dair film nümayiş etdirilir.

1918-ci ildə ermənilər Azərbaycan ərazisində kütləvi şəkildə soyqırımlar törədiblər. Müxtəlif şəhərlərdə on minlərlə dinc insanı amansızca qətlə yetiriblər.

Xəbər lenti

Xəbər lenti