...

AFFA Azərbaycanın futbol hakimlərinin məvaciblərini artıracaq

Cəmiyyət Materials 22 Aprel 2008 11:54 (UTC +04:00)
AFFA Azərbaycanın futbol hakimlərinin məvaciblərini artıracaq

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının oyunlarını idarə edən hakimlərin məvacibləri artırılacaq. "Hakimlərin məvaciblərini artırmaq gələcək planlarımıza daxildir. Qarşıdakı mövsümdən etibarən çempionat oyunlarını idarə edən hakimlər daha çox qazanmaq imkanı əldə edəcək" çərşənbə axşamı Trend a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Komitəsinin (HK) sədri Xəqani Məmmədov deyib.

Azərbaycanın futbol üzrə çempionatında növbəti mövsüm bu ilin avqustunun əvvəllərində başlayacaq.

Məmmədov Premyer-Liqanın oyunlarını idarə edən baş hakimlərin 600, yan xətt hakimlərinin 300, ehtiyat hakimlərin isə 200 manat alacağını bildirib.

Hazırda baş hakimlər 400, yan xətt hakimləri 200, ehtiyat hakimlər 150 manat məvacib alır.

Məmmədov Hakimlər Komitəsinin sədri vəzifəsinə aprelin əvvəllərində təyin olunub. O, Murad Məmmədovu əvəzləyib.

Məmmədov 1998-2001-ci illər aralığında da Hakimlər Komitəsinə rəhbərlik edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti