Azərbaycan, Bakı, 20 may /müx. TrendLife Günel Əhmədova
Əməkdar artist Faiq Ağayevin imza atacağı yaradıcılıq işinin həlli dekabr ayına nəzərdə tutulub. Müğənninin TrendLife-a bildirdiyinə görə, bu il onun səhnə fəaliyyətinin 20 ili tamam olur. Bunu konsert proqramı çərçivəsində qeyd etməyi düşünən müğənni artıq layihənin hazırlıqlarına başlayıb:
"Hazırda yeni mahnılar üzərində çalışıram. Vüqar Camalzadə, Nailə Mirməmmədli, Xanım İsmayılqızı və bir çox bəstəkarlarla çalışıram. Yaxın aylarda 10-dan çox yeni mahnılar hazır olacaq. Onların əksəriyyətini konsertin proqramına daxil etməyi düşünürəm".
Musiqili layihədə yubiley abu-havasının duyulacağını deyən cənab şlyager xüsusi ssenarinin hazırlanacağını da istisna etmədi. Dekabrın son günləri, yəni Faiq Ağayevin doğum gününə təsadüf edəcək bir neçə günlük konsert proqramının Heydər Əliyev adına sarayda keçirilməsi planlaşdırılıb.