...

Azərbaycanın futbol klubu çempion komandanın müdafiəçisi ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 12 İyun 2008 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubu çempion "İnter" komandasının müdafiəçisi Ruslan Abbasovla bir illik müqavilə bağlayıb. Bu barədə Trend -a "Neftçi" klubunun mətbuat xidməti məlumat verib.

Abbasov əvvəllər də "Neftçi"də çıxış edib. Futbolçu Azərbaycanın futbol üzrə yığma komandasında da forma geyib.

Mətbuat xidmətinin verdiyi məlumata görə, iyunun 21-də UEFA-İntertoto kubokunda Bakıda Slovakiyanın "Nitra" klubu ilə qarşılaşacaq "Neftçi"də zədəli futbolçularla bağlı problem qalmaqdadır. Komandanın kapitanı Zaur Tağızadə, vitse-kapitan Rəşad Sadıqov, estoniyalı legioner Dmitri Kruqlov və bolqarıstanlı futbolçu Svyetoslav Stefanov zədəyə görə fərdi məşq etmək məcburiyyətində qalıblar. Stefanov artıq bir neçə gündür hazırlığa başlayan komandanın düşərgəsinə gəlməyərək, Bolqarıstanda xüsusi proqram üzrə məşq edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti