Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanda Regional Futbol Federasiyaları (RFF) təsis olunub. Bu barədə cümə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Yeni yaradılan federasiyanın ilk prezidenti "Neftçi" klubunun keçmiş futbolçusu İsgəndər Cavadov seçilib. AFFA-nın inzibati binasında keçirilən seçkidə iştirakçılar yekdilliklə Cavadovun namizədliyini dəstəkləyiblər.
Cavadov bir müddət əvvəl AFFA-nın vitse-prezidenti kimi fəaliyyət göstərmək niyyətində olduğunu bildirmişdi. Amma Rauf Əliyev və Elşad Nəsirov vitse-prezident təyin olunduğundan, Cavadovun istəyi baş tutmamışdı.
Veteran futbolçu həm də AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]