...

Türkiyə millisinin baş məşqçisinin istefa verdiyi barədə məlumat yayılıb

Cəmiyyət Materials 26 İyun 2008 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyun / Trend , müxbir E.Hüseynli/ Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim istefa verib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumat hələki rəsmi təsdiqlənməsə də, 55 yaşlı çalışdırıcının Avropa çempionatının yarımfinal mərhələsində Almaniya yığmasına 2:3 hesablı məğlubiyyətdən sonra komandadan getməyə üstünlük verdiyi söylənilir. "Futbolçularla paltardəyişmə otağında söhbətləşdim və onlardan haqlarını halal etmələrini istədim. Ardından federasiya prezidenti Hasan Doğanla görüşüb komandadan ayrılmaq istəyimi bildirdim", - Terim deyib. Türkiyədə hansısa komandanı çalışdırmaq fikrində olmadığını deyən Terimin sözlərinə görə, gələcəkdə Avropa ölkələrindən birində fəaliyyət göstərəcək.

Türkiyə mətbuatı Terimlə Yunanıstan, İngiltərə və İtaliya klublarının maraqlandığı haqda xəbərlər yazıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti