...

2009-2010-cu il mövsümündən etibarən hər klubun öz stadionu olacaq - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti

Cəmiyyət Materials 5 İyul 2008 12:07 (UTC +04:00)
2009-2010-cu il mövsümündən etibarən hər klubun öz stadionu olacaq - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti

Azərbaycan, Bakı, 05 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti bəyan edib ki, Premyer-Liqada çıxış edən futbol klublarının hamısının ayrıca stadionları olmalıdır. "2009-2010-cu il mövsümündən etibarən hər klubun öz stadionu olmalıdır. Bu barədə AFFA-nın qərarı olacaq", şənbə günü AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.

Trend -un arayışı: Azərbaycanın Premyer Liqasında çıxış edən 14 futbol klubundan yalnız Lənkəranın "Xəzər-Lənkəran", Yevlaxın "Karvan", Bakının "İnter", Tovuzun "Turan", Zaqatalanın "Simurq", Qəbələ rayonunun eyniadlı klubunun stadionu var. Paytaxt klublarından "Neftçi", "Bakı", "Olimpik" və "Standart" klublarının isə öz stadionları yoxdur.

Abdullayev deyib ki, klubların hamısının ayrıca stadionlarının olması üçün onlara daha bir mövsüm vaxt veriləcək. Bu qərar 2008-2009-cu il mövsümünə şamil edilməyəcək. Onun sözlərinə görə, növbəti mövsümdən Premyer-Liqada iştirak edən klubların sayının 14-dən 12-yə endirilməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti