...

Azərbaycanın futbol klubu Avropa çempionatında qələbə qazanıb

Cəmiyyət Materials 21 İyul 2008 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın tələbələrdən ibarət NDU futbol klubu Ukraynanın Kiyev şəhərində keçirilən Avropa çempionatında qələbə qazanıb.

C qrupunda çıxış edən azərbaycanlı futbolçular Finlandiya komandası ilə görüşdə 2:1 hesabı ilə qələbə qazanıblar. NDU klubu bu gün Fransa komandası ilə növbəti oyununu keçirəcək.

İyunun 20-də başlayan Avropa çempionatında 16 komanda mübarizə aparır.

NDU klubu tələbələr arasında keçirilən futbol üzrə Azərbaycan çempionatının ilk qalibi olub.

Xəbər lenti

Xəbər lenti