...

UEFA Azərbaycanın "İnter" klubunun Çempionlar Liqasındakı rəqibi olan "Partizan"ı cəzalandıra bilər

Cəmiyyət Materials 4 Avqust 2008 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 avqust / Trend , müxbir R.Ergün/ Çempionlar Liqasında Azərbaycanın "İnter" futbol klubunun rəqibi olan Serbiyanın "Partizan" komandası UEFA tərəfindən cəzalandırıla bilər. Bu barədə bazar ertəsi Türkiyə mətbuatı xəbər verib.

"Partizan" klubunun tərəfdarları Bosniya müsəlmanlarını qətlə yetirməkdə günahkar bilinən Serbiyanın keçmiş lideri Radovan Karadciçə dəstək verdikləri üçün, komanda Çempionlar Liqasından kənarlaşdırıla bilər.

"İnter"lə "Partizan" arsında Bakıda keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb. Cavab oyunu avqustun 6-da Serbiyada keçiriləcək.

UEFA "Partizan"ı Çempionlar Liqasından kənarlaşdırsa, Azərbaycan klubu üçüncü təsnifat mərhələsində Türkiyənin məşhur "Fənərabaxça" komandası ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti