Azərbaycan, Bakı, 08 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Rusiyanın Soçi şəhərində keçirilən FİDE-nin Qran-Pri yarışında heç-heçə edib.
ABŞ şahmatçısı Qata Kamski ilə görüşən Rəcəbov, sonda rəqibi ilə xalları yarı bölüb.
Qran-Pri turnirində iştirak edən digər azərbaycanlı şahmatçı - Vüqar Həşimov da qələbə qazana bilməyib. O, ukraynalı qrossmeyster Vasili İvançukla xallarını yarı bölüb.
Qran-Pri turnirinin yeddinci turundan sonra Rəcəbovla bolqarıstnlı İvan Çeparinov 1-2-ci yerləri bölüşürlər. Hər iki şahmatçının 4,5 xalı var.
Həşimov isə 4,0 xalla ermənistanlı Levan Aronyanla 3-4-cü yerləri bölüşür.
FİDE-nin Qran-Pri turnirinin səkkizinci turunda Rəcəbov rusiyalı Aleksandr Qrişukla, Həşimov isə Aronyanla görüşəcək.