Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbol hakimi Azad Mütəllimov Premyer-Liqa çərçivəsində keçirilən "İnter" - "Qəbələ" oyununun idarəçiliyində yol verdiyi səhvə görə ağır cəzaya məruz qalıb. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Mütəllimov "İnter" klubunun hücumçusu Xaqani Məmmədova qarşı edilən kobudluğa görə "Qəbələ"nin qapısına 11 metrlik cərimə zərbəsi təyin etmədiyi üçün beş oyunluq cəzalandırılıb. O, qarşıdakı beş turda həm Premyer-Liqada, həm də birinci divizionda hakimlik edə bilməyəcək.
"İnter" - "Qəbələ" oyunu 1:1 hesabı ilə başa çatıb.
AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]