...

Gürcüstandakı azərbaycanlılar üçün gürcü dili kursları açılacaq

Cəmiyyət Materials 15 Sentyabr 2008 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir S.İsmayılbəyli/ Gürcüstanda yaşayan azərbaycanlılar üçün gürcü dili kursları açılacaq.

"Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasını təmin etmək məqsədilə 50 Azərbaycan məktəbində gürcü dili kurslarının açılması nəzərdə tutulur" - bazar ertəsi Trend -a Xarici Ölkələrdə Yaşayan Azərbaycanlıarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olan məlumatında qeyd olunub.

Qeyri - rəsmi məlumatlara görə, Gürcüstanda 500 min azərbaycanlı yaşayır.

Gürcü dili kurslarının əlaqələndiricisi Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzidir.

Gələn ilin əvvəlindən Gürcüstandakı bütün Azərbaycan məktəblərində və Tbilisi Dövlət Universitetinin Marneuli şəhər filialında azərbaycanlılar üçün gürcü dili kursları açılacaq.

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları ərazilərdə 124 Azərbaycan məktəbi var və bu təhsil ocaqlarında 35 min şagird təhsil alır.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə ilk dəfə olaraq "Azərbaycanca-gürcücə luğət" hazırlanır.

Lüğət 20 min sözdən və 2 cilddən ibarət olacaq. Dil kurslarının açılması və dərs vəsaitlərinin çapı da Dövlət Komitəsinin ayırdığı maliyyə hesabına təmin edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti