...

Azərbaycanın "Neftçi" klubu Moldova yığmasının futbolçusunu baxışa dəvət edib

Cəmiyyət Materials 12 Noyabr 2008 10:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" klubu Moldova yığma komandasının üzvü olan Valeri Androniki baxışa dəvət edib. Bu barədə Trend -a kluba yaxın mənbələr məlumat verib.

DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində Moldova yığmasının keçirdiyi oyunlardan üçündə iştirak edən Andronik "Neftçi"yə Rusiyanın birinci divizionunda çıxış edən "Baltika"dan gəlib.

Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu "Neftçi"nin düşərgəsində baxışdan keçdikdən sonra məşqçi heyəti onunla bağlı son qərarı verəcək.

Baxışdan keçmək üçün iki gün əvvəl "Neftçi"nin düşərgəsinə daha iki futbolçu - Uğur Yıldırım və Andrey Salnikov dəvət olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti