...

Ermənilər tərəfindən əsir və girov götürülən azərbaycanlı qadınlar zorakılığa məruz qalırlar - Dövlət Komitəsinin sədri (video)

Cəmiyyət Materials 27 Noyabr 2008 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr / Trend , müxbir İ.Əlizadə/ Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində azəbaycanlı qadınlar etnik mənsubiyyətinə görə zorakılığa məruz qalıblar.

"Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi zaman azərbaycanlı qadınlar ermənilər tərəfindən əsir və girov götürülüb və orada saxlnılan zaman zorakılığa məruz qalıblar", - cümə axşamı Qadınlara qarşı zorakılığın aradan qaldırılması uğrunda beynəlxalq mübarizə gününə həsr olunmuş konfransda Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Trend -arayışı: Bakıda Heydər Əliyev Fondunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT-nin Qaçqınlar uzrə Ali Komissarlığının və BMT-nin Əhali Fondunun Azərbaycan ofisinin təşəbbüsü ilə 25 noyabr Qadınlara qarşı zorpakılığın aradan qaldırılması uğrunda beynəlxalq mübarizə gününə həsr olunmuş konfrans keçirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1 iyun 2008-ci ilə olan məlumatına görə, əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin 262 nəfəri qadın, o cümlədən 16 nəfəri azyaşlı qız və156-sı yaşlı qadındır.

Əsir və girovluqdan 343 nəfər qadın, o cümlədən 65 nəfər azyaşlı qız, 112 nəfər yaşlı qadın azad edilib. 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblədən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfəri qadındır.

Hüseynova qeyd edib ki, konfransın keçirilməsində məqsəd qadınların zorakılığa məruz qalmasına qarşı aparılan mübarizədə görülən işləri təhlil etmək və gələcək üçün qarşıda duran əsas vəzifələri müəyyən etməkdir.

"Azərbaycanda qadınlara qarşı törədilən zorakılığın qarşısının alınmasına böyük əhəmiyyət verilir. Görülmüş işlər nəticəsində ölkədə qadınların nüfuzu artıb və dövlət bu sahəyə diqqəti gücləndirib", - deyə komitə sədri əlavə edib.

Onun sözlərinə görə, qadınlara qarşı zorakılığın əsas səbəbləri maliyyə və psixoloji asıllıq, ailə mədəniyyətinin aşağı olması və səhf təsəvvürlərlə bağlıdır. Hüseynova deyib ki, qadınlara qarşı zorakılığın qarşısını almaq və bu sahədə işi gücləndirmək üçün məsuliyyətdən qaçma hallarının qarşısını almaq lazımdır. Eyni zamanda, qadınların məhkəmədə müafiəsi gücləndirilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti