...

İran əsilli Hollandiya vətəndaşından islama qarşı yeni təxribat

Cəmiyyət Materials 3 Dekabr 2008 11:48 (UTC +04:00)

Iran əsilli Hollandiya vətəndaşı, 23 yaşlı Ehsan Cami "Həzrət Məhəmmədlə müsahibə" adlı film çəkib. Film dekabrın 10-da Hollandiya televiziyalarında nümayiş etdiriləcək. Bu haqda İranın ŞAHRZADNEWS informasiya agentliyi məlumat verib.

10 dəqiqə sürən bu filmdə müsəlmanların peyğəmbəri həzrət Məhəmməd (s) 1400 ildən sonra dirilərək, sifətində maska kamera qarşısında müsahibə edəcək. Müsahibədə əsasən maviçilik, yəhudilər, qadınların hüquqları və müxalif düşüncəyə sahib insanlar haqda suallar səsləndiriləcək.

Hollandiyanın FFD Liberal və PFF sağ cinah partiyaları filimin senzura olmasına qarşı çıxaraq, filmin yayımlanmasında Camini dəstəkləyəcəklərini bildiriblər.

Hollandiyalı rejissor-siyasətçi Qeert Vilders bu il martın 27-də internetdə Quran və islami dəyərləri tənqid edən 15 dəqiqəlik "Fitnə" adlı film yerləşdirmişdi.

Bundan öncə Cami Məhəmməd peyğəmbərin həyatı haqqında bir cizgi filmi çəkmək niyyətində olduğunu bildirmişdi. Cizgi filmində süjet xətti peyğəmbərin məscidə girərək doqquz yaşlı qız uşağı ilə cinsi əlaqədə olması üzərində qurulacaqdı. Hollandiya Prokrorluğu filmin çəkilişləri haqda narahatlığını bildirdikdən sonra, Cami həmin cizgi filminin çəkilişindən imtina etmişdi.

Cami bildirib ki, onun Məhəmməd peyğəmbər haqqında filmi bir növ Qərbdə çəkilmiş "Brayanın həyatı" kinokomediyasını xatırladacaq. Həmin filmdə İsa peyğəmbərlə eyni gündə doğulmuş şəxsin başına gələn gülməli hadisələr əks olunub.

Xəbər lenti

Xəbər lenti