...

Azərbaycan yığma komandası Hollandiya millisi ilə görüşəcək

Cəmiyyət Materials 4 Dekabr 2008 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr/ Trend , müxbir R.Ergün/ 17 yaşlı futbolçulardan ibarət Azərbaycan yığma komandasının Avropa çempionatının (AÇ) ikinci mərhələsindəki rəqibləri müəyyənləşib.

Bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində məlum olub ki, Azərbaycan yığması AÇ-nin final mərhələsinə vəsiqə qazanmaq uğrunda Hollandiya, Xorvatiya və Lüksemburqun milli komandaları ilə mübarizə aparacaq.

Azərbaycan yığması 7-ci qrupda yer alıb. Final mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaq.

İkinci seçmə mərhələnin oyunları 2009-cu ilin mart ayında keçiriləcək. Final mərhələsinin oyunları isə may ayının 6-18-i aralığında Almaniyada təşkil olunacaq.

U-17-nin baş məşqçisi almaniyalı Bernhard Lippertdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti