...

Azərbaycanlı futbolçunun türkiyəli baş məşqçisinin taleyini azarkeşlər müəyyənləşdirə bilər

Cəmiyyət Materials 17 Dekabr 2008 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin "Boluspor" klubunun baş məşqçisi Serhat Güllerin taleyini azarkeşlər müəyyənləşdirə bilər. Bu barədə Türkiyə mətbuatı məlumat verib.

Türkiyə mətbuatının "Boluspor" azarkeşləri arasında keçirdiyi sorğuda baş məşqçinin komandada qalmasını istəyənlərin sayı daha çox olub - 50,9 faiz. Güllerin istefa verməsini tələb edənlərin sayı isə 49,1 faiz təşkil edib.

"Boluspor" son vaxtlar Türkiyənin birinci liqasında uğursuz çıxış edir. Komanda son turda öz meydanında "Karşıyaka" ilə keçirdiyi oyunda 0:3 hesabı ilə məğlub olub.

Hesabında 19 xal olan "Boluspor" 13 - cü yerdədir.

Qurbanov "Boluspor"a Türkiyənin Superliqa klubu olan "Sivasspor"dan transfer olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti