...

Azərbaycanlı futbolçunun komandası Türkiyə çempionatında növbəti qələbəsini qazanıb

Cəmiyyət Materials 2 Fevral 2009 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral / Trend News, müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin "Boluspor" klubu birinci liqada keçirdiyi görüşdə növbəti qələbəsini qazanıb.

"Boluspor" birinci liqanın 20-ci turu çərçivəsində "Diyarbəkirspor"la görüşüb və 2:0 hesabı ilə qələbə qazanıb.

"Boluspor" əvvəlki turda "Orduspor" komandasını 2:0 hesabı ilə məğlub edib.

Azərbaycanlı futbolçu "Diyarbəkirspor"la görüşdə meydana 62-ci dəqiqədə çıxıb.

Hazırda hesabında 28 xalı olan "Boluspor" 18 komanda arasında 7-ci yeri tutur.

Qurbanov "Boluspor"a Türkiyənin Superliqa klubu olan "Sivasspor"dan keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti