...

Bakı Hərbi Məhkəməsində "dedovşina" faktı ilə bağlı keçirilən məhkəmə iclasında zərərçəkənlər döyülmə faktının sifarişli olduğunu bildiriblər

Cəmiyyət Materials 5 Fevral 2009 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir K.Zarablıyeva/ Bakı Hərbi Məhkəməsində "dedovşina" faktı ilə bağlı keçirilən məhkəmə iclasında zərərçəkənlər döyülmə faktının sifarişli olduğunu bildiriblər.

Trend -un məlumatına görə, zərərçəkən Əli Cəfərov bildirib ki, əsgərlərin döyülməsində əsgər yoldaşları Famil Qəniyev tapşırıq verib. Digər zərərçəkən Mahmud Məmmədov da ifadəsində Qəniyevin tapşırığı ilə əsgərlərin döyüldüyünü təsdiqləyib.

Təqsirləndirilən Qəniyev isə əsgərlərin onun tapşırığı ilə döyülmədiyini deyib. "Biz əsgərlərin döyülməsini zarafatla həyata keçirmişik. Burda kollektiv şəkilində döyülmə həyata keçirilib", - Qəniyev əlavə edib. O ilkin istintaq ifadəsini qismən qəbul edib. Əsgərlərin döyülmə faktını qəbul etsə də, bunun onun tapşırığı ilə həyata keçirildiyini təsdiqləməyib.

Digər təqsirləndirilən Adil Abbasov da əsgərlərin döyülməsini zarafatla edildiyini deyib. Təqsirləndirilənlər Cabir Yusibov, Rahid Cəfərov və Elxan Alməmmədov etdikləri hərəkətdən peşiman olduqlarını bildiriblər.

Trend -un arayışı: Ötən ilin oktyabrındaİnternetdə hərbi hissənin tibb məntəqəsində müalicə alan əsgərlərin "dembel"lər (hərbi xidmətinin başa çatmasına az qalmış əsgər) tərəfindən döydürüldüyü barədə görüntülər yayılıb. Hadisənin ötən ilin fevral ayında Müdafiə Nazirliyinin Ələtdəki hərbi hospitalında baş verdiyi bildirilir.

Bu məsələ ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (332) maddəsi ilə cinayət işi açılmış və istintaq aparılmışdı.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova işgəncə və "dedovşina" hallarının qarşısını almaq üçün orduya ictimai nəzarətin həyata keçirilməsini vacib sayır. "Hərbi hissələrə və cəzaçəkmə müəssisələrinə mütləq ictimai nəzarət həyata keçirilməlidir", - daha öncə Trend -a ombudsman Süleymanova bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti