...

Türkiyədə 31 mart azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar etiraz aksiyası keçirilib

Cəmiyyət Materials 1 Aprel 2009 17:35 (UTC +04:00)
Türkiyədə 31 mart azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar etiraz aksiyası keçirilib

Azərbaycan, Bakı 01 aprel / Trend , müxbir C.Babayeva /  

Türkiyənin İzmir şəhərinin mərkəzi Konak Meydanında 31 mart azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar etiraz aksiyası keçirilib.

Aksiya Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyəti, İzmir universitetlərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil olunub. Bu barədə çərşənbə axşamı Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.

Aksiyada 31 mart soyqırımını əks etdirən fotoşəkillər nümayiş etdirilib və broşürlər paylanıb. Aksiyanın sonunda bəyanat qəbul edilib.   

Məlumatda həmçinin bildirilib ki, 31 mart azərbaycanlıların Soyqırım Günü ilə bağlı Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası da bəyamat yayıb. Bəyanat müəllifləri 31 mart soyqırımını törədənlər, onlara dəstək verənlər və tarixi saxtalaşdırıb ikili standartlardan çıxış edən etməni diasporunun yalanlarına alət olanları nifrətlə qınadıqlarını bildiriblər.

Trend News-un arayışı: Azərbaycanda martın 31-i azərbaycanlıların Soyqırımı Günü keçirilir.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi altında mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlını amansızcasına qətlə yetiriblər. O zaman qardaş Türkiyə (Osmanlı İmperiyası) Azərbaycana yardım əlini uzadıb və bununla azərbaycanlılar kütləvi soyqırımdan xilas olunublar.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən 31 mart azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti