...

Tbilisidə beynəlxalq turizm sərgisi keçiriləcək

Cəmiyyət Materials 3 Aprel 2009 10:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 aprel / Trend , müxbir N.Kirtsxalia /

Bu ilin 3-5 aprel tarixlərində Gürcüstan paytaxtında "Ziyarətçilər üçün cazibə" adlı beynəlxalq konfrans keçiriləcək. Tədbir "Expo Georgia" 11-ci beynəlxalq turizm sərgisi ilə paralel keçiriləcək.
Tbilisi merinin məlumatına görə, konfrans iştirakçıları şəhərlərin marketinq planlaşdırılması proqramlarının təqdimatını keçirəcəklər. Tbilisidə tikilən mehmanxanaların layihələri də təqdim olunacaq.

CTF 2009 (Caucasus Tourism Fair) sərgisində 70 yerli və xarici şirkət iştirak edəcək.

Forumun keçirilməsində məqsəd Gürcüstanın dünya turizm biznesinə inteqrasiyasına yardım göstərməkdən ibarətdir. Sərgi iştirakçıları qonaqları öz xitdmətləri ilə tanış edəcəklər.

Ötən il CTF 2008 (Caucasus Tourism Fair) sərgisində 90 yerli və xaricişirkət iştirak edib.

Xəbər lenti

Xəbər lenti