...

İctimai nəzarət orduda xoşagəlməz hadisələri azaldıb – azərbaycanlı deputat

Cəmiyyət Materials 23 Aprel 2009 16:49 (UTC +04:00)
İctimai nəzarət orduda xoşagəlməz hadisələri azaldıb – azərbaycanlı deputat

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan ordusuna ictimai nəzarətin keçirilməsi müsbət nəticələnir.

"Ötən müddətdə orduya ictimai nəzarətin keçirilməsi və hərbi hissələrə intensiv səfərlər orduda xoşagəlməz hadisələri azaldıb", - cümə axşamı Trend -a Azərbaycan Parlamentinin deputatı Qənirə Paşayeva bildirib.

Trend -un arayışı: Ötən ilin oktyabr ayında Azərbaycan ordusunda "dedovşina" faktları aşkarlandıqdan sonra Müdafiə Nazirliyi, millət vəkilləri və QHT nümayəndələrinin təmsil olunduğu orduya ictimai nəzarət qrupu yaradılıb.

İctimai nəzarət qrupu intensiv olaraq hərbi hissələrdə olur, əsgərlərin vəziyyəti ilə maraqlanır.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova öncə Trend -a bildirib ki, işgəncə və "dedovşina" hallarının qarşısını almaq üçün orduya ictimai nəzarətin həyata keçirilməsi vacibdir.

Paşayeva deyib ki, orduya ictimai nəzarətin keçirilməsi vacibdir və bu missiya daim davam etdirilməlidir.

Aprelin 23-də Azərbaycan Parlamentinin deputatları Aydın Mirzəzadə, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Aydın Həsənov, Bəxtiyar Sadıqov, bir qrup KİV nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri cəbhə bölgəsinə gediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti