...

Bakı yaxınlığında bioloji təmizləyici qurğulara baxış keçirilib

Cəmiyyət Materials 5 İyun 2009 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir A.Hüseynbala /  

Bakı yaxınlığında Novxanı-Sumqayıt sahil zolağında "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi"nin növbəti 2 stansiyasına baxış keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, bu stansiyalarda quraşdırılmış 6 ədəd bioloji təmizləyici qurğuların fəaliyyəti nəticəsində Xəzər dənizinə gün ərzində 600 m3 həcmində axıdılan çirkab suyun müvafiq norma və standartlara uyğun təmizlənməsi təmin ediləcək. 

Ölkə prezidenti "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" 20 iyun 2007-ci il və 13 iyin 2008-ci il tarixli sərəncamlar imzalayıb.

Həmin sərəncamlardan sonra Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sahilboyu ərazilərində beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular quraşdırılaraq istismara verilib.

Aparılan işlərin nəticəsi olaraq gün ərzində 6140 m3 çirkab suyun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdılmasının qarşısı alınıb və həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Azərbaycan Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirir. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasını daha da təmizləyəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti