...

ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunanlara 235 ildən artıq iş verilib

Cəmiyyət Materials 18 İyun 2009 17:19 (UTC +04:00)
ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunanlara 235 ildən artıq iş verilib

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir H.Bağırov /

ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunan, Azərbaycan Ordusunun keçmiş zabitinin rəhbərlik etdiyi dini radikal qruplaşma üzvlərinə hökm oxunub.

Trend -un məlumatına görə, cümə axşamı Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmədə keçirilən prosesdə Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Kamran Babayev, Samir Mehrəliyev 15 il azadlıqdan məhrum edilib.

Dəstənin digər üzvlərinə - Elşən Məmmədov, Vüqar Əliyev, İlkin İsmayılova 14, Tərlan Kərimov 13, Ramil Kərimov 12, Yaşar Məhərrəmov 12 il 6 ay, Rövşən Əbdüləliyev 12 il 6 ay, Şirvani Babayev10, Samir Əliyev 12, Orxan Əlizadə 10 il 6 ay, Ramin Cəlilov 11, Azər İbadov 10, Edqar Əliyev 6 il 6 ay, Hacıbala Hüseynov 6 il 3 ay, Şəhriyar Məhərrəmov 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

Məhkəmə Əsədovun leytenant rütbəsinin geri alınması ilə bağlı Müdafiə Nazirliyinə təqdimat göndərilməsi barədə qətnamə də qəbul edib.

Adıçəkilən şəxslər dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı "LUKoyl" yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti