...

Azərbaycanda məhkumlar İnternetə çıxış imkanı qazanacaqlar - Penitensiar Xidmətin rəis müavini

Cəmiyyət Materials 16 Sentyabr 2009 12:56 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov bildirib.
Azərbaycanda məhkumlar İnternetə çıxış imkanı qazanacaqlar - Penitensiar Xidmətin rəis müavini

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda məhkumlar İnternetə çıxış imkanı qazanacaqlar.

Trend -un məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov bildirib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrinin İnetrnetə çıxışına icazə verilməsi barədə təklifləri var və bu məsələ müzakirə mərhələsindədir.

Əlixanov bildirib ki, məhkumların İnternetə çıxış imkanının nə vaxt reallaşacağı hələlik məlum deyil. O bildirib ki, bir sıra Avropa ölkələrində bu təcrübədən istifadə olunur. Əlixanov orta ixtisas təhsili alan 8 yeniyetmə məhkumun təhsilini İnternet vasitəsilə aparılmasının da təklif onlunduğunu deyib.

"Onlar məhkum olduqları üçün azadlıqda ali təhsil ala və imtahan verə bilməzlər. Gələcəkdə onların internet vasitəsilə təhsil alması və imtahan verməsini həyata keçirməyi düşünürük", - o vurğulayıb.

Xarici ölkələrdə İnternetə çıxışı olan məhkumlar bundan öz ailələri ilə əlavə əlaqə vasitəsi kimi istifadə edə bilirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti