...

Azərbaycan məhkəməsi özünü MTN əməkdaşı kimi təqdim edən şəxsə 11 il iş verib

Cəmiyyət Materials 11 Noyabr 2009 13:09 (UTC +04:00)
Trend News-un məlumatına görə, çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin dələduzluq (178.3.2) maddəsi ilə təqsirli bilinən Tərtər rayon sakini Firdovsi Məmmədov 11 il azadlıqdan məhrum edilib.
Azərbaycan məhkəməsi özünü MTN əməkdaşı kimi təqdim edən şəxsə 11 il iş verib

Azərbaycan, Bakı, 11 noyabr / Trend , muxbir H.Bağırov/

Azərbaycan məhkəməsi özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxsə cəza kəsib.

Trend -un məlumatına görə, çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin dələduzluq (178.3.2) maddəsi ilə təqsirli bilinən Tərtər rayon sakini Firdovsi Məmmədov 11 il azadlıqdan məhrum edilib.

Ötən il oktyabrın 6-da Məmmədov Bərdə rayon sakini Vüqar Cəfərovun etimadını qazanaraq onun qohumunun həbsxanadan azad edilməsi üçün 15000 ABŞ dollarını alıb.

Bundan başqa, Məmmədov Bərdə rayon sakini Zülfiyyə Sadıqovanın həbsdə olan yaxın qohumunun cəzasının yüngülləşdirilməsi üçün 2000 manat və 400 ABŞ dolları alıb.

Məmmədov özünü MTN-nin polkovniki kimi təqdim edərək, 7 nəfəri aldadıb. Həbsdə olan qohumlarını həbsdən azad etmək adı ilə onlardan aldıqları pulları mənimsəyib.

Məmmədov ötən ilin oktyabrın 14-də tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti