...

Azərbaycan QHT-lərinin fəaliyyətində səmərəli idarəetmə və şəffaflıq istənilən səviyyədə deyil – QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri

Cəmiyyət Materials 3 Dekabr 2009 13:17 (UTC +04:00)
"Vətəndaş cəmiyyəti institutlarının indiki inkişaf səviyyəsində ciddi müzakirə obyektinə çevrilən məsələlərdən biri də qeyri-hökumət təşkilatlarının hesabatlılığı və fəaliyyətinin şəffaflığıdır", - Trend News-un məlumatına görə, cümə axşamı "QHT-lərin fəaliyyətində səmərəli idarəetmə, şəffaflıq və hesabatlılıq" mövzusunda keçirilən konfransda QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.
Azərbaycan QHT-lərinin fəaliyyətində səmərəli idarəetmə və şəffaflıq istənilən səviyyədə deyil – QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan QHT-lərinin fəaliyyətində səmərəli idarəetmə və şəffaflıq istənilət səviyyədə deyil.

"Vətəndaş cəmiyyəti institutlarının indiki inkişaf səviyyəsində ciddi müzakirə obyektinə çevrilən məsələlərdən biri də qeyri-hökumət təşkilatlarının hesabatlılığı və fəaliyyətinin şəffaflığıdır", - Trend -un məlumatına görə, cümə axşamı "QHT-lərin fəaliyyətində səmərəli idarəetmə, şəffaflıq və hesabatlılıq" mövzusunda keçirilən konfransda QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.

Trend -un arayışı: QHT-lərə maliyyə yardımı ilə bağlı 2009-cu il üçün müsabiqə yanvarın 15-də elan edilib və sənədlərin təqdim etmə müddəti fevralın 15-də başa çatıb. Bu il Şuraya 569 layihə təqdim edilib. Layihə təqdim edən QHT-lərin Şuradan istədiyi məbləğ ümümilikdə 9 milyon manata yaxın olub, amma Şuranın müsabiqə fondu bundan dəfələrlə az - 2 milyon 68 manat təşkil edib. Müsabiqəyə təqdim edilən layihələrdən 226-sı Şura tərəfindən dəstəklənib və onlara ümumilikdə 1 milyon 848 min manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında prezident İlham Əliyev dekabrın 13-də 2007-ci il dekabrın 13-də fərman imzalayıb.

Quliyevin sözlərinə görə, QHT sektorunun fəaliyyətinin səmərəliliyi, şəffaflığı əsas şərtlərdən biridir. "QHT sektorunun güclənməsində də bunalr əsas şərtlərdir. Etiraf etmək lazımdır ki, hazırda QHT sektorunun idarəçiliyi arzuolunan səviyyədə deyil. Maliyyə fəaliyyəti ilə bağlı çox az sayda QHT cəmiyyətə məlumat verir", - Şura rəhbəri əlavə edib.

Şura sədri deyib ki, Ədliyyə Nazirliyində 2447 QHT qeydiyyatdan keçsə də, 1308 təşkilat haqqında məlumata toplaya bilmirlər. "Bizim müraciətimizdən sonra bir neçə təşkilat şuraya məlumat verdi. Bu da şəffaflığın olmamsından xəbər verir", - Quliyev vurğulayıb.

Onun fikrincə, QHT-lər aldıqları qrant layihələri barədə Ədliyyə Nazirliyinə də vaxtında məlumat vermirlər. "Bizim araşdırmamız zamanı məlum olub ki, 2005-ci ildə yalnız 35 QHT Ədliyyə Nazirliyinə belə məlumat verib. Halbuki həmin il 300-dən çox təşkilat qrant almışdı", - şura sədri deyib.

Quliyev QHT-lərin bir çoxunda nizamnaməyə uyğun olaraq ildə bir dəfə ümumi yığıncaqların keçirilməməsi də bir problemdir. "Sanki bəzi QHT-lərin rəhbərləri ömürlük həmin vəzifədə qalmaq istəyir. Biz bu problemin həllinə də nail olmalıyıq", - o qeyd edib.

Şura sədri deyib ki, QHT-lərin fəaliyyətinin səmərəliliyinin artırılması üçün ən vacib şərtlərdən biri onların sosial sığortadan azad olunmasıdır. "Milli Məclisin noyabrın 4-də keçiriləcək iclasında "Sosial sığorta haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı layihə müzakirə olunacaq. Mən iclasda QHT-lərin sosial sığorta ödəməkdəın azad olunması məsələsini qaldıracağam", - Quliyev bildirib.

Onun fikrincə, konfransda müzakirə olunacaq "Azərbaycanın qeyri-hökumət təşkilatlarının Məsuliyyət Xartiyası" qəbul ediləndən sonra bu sektorun fəaliyyətində müsbət mənada irəliləyişə nail olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti