...

Azərbaycanın Quba rayonunda ermənilərin törətdiyi vəhşilik bütün dünyaya çatdırılmalıdır - QAT

Cəmiyyət Materials 10 Dekabr 2009 15:24 (UTC +04:00)
"Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı əyani şəkildə əks etdirən bu faciəli abidə yox olmaq təhlükəsi ilə üzləşib", - Trend News-un məlumatına görə, cümə axşamı Qarabağ Azadlıq Təşkilatının (QAT) qəbul etdiyi bəyanatda bildirilir.
Azərbaycanın Quba rayonunda ermənilərin törətdiyi vəhşilik bütün dünyaya çatdırılmalıdır - QAT

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir A.Hüseynbala/

Qarabağ Azadlıq Təşkilatı Azərbaycanın Quba rayonunda (paytaxt Bakıdan 170 kilometr şimalda) ermənilərin törətdiyi vəhşiliyin bütün dünyaya çatdırılmasını istəyir.

"Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı əyani şəkildə əks etdirən bu faciəli abidə yox olmaq təhlükəsi ilə üzləşib", - Trend -un məlumatına görə, cümə axşamı Qarabağ Azadlıq Təşkilatının (QAT) qəbul etdiyi bəyanatda bildirilir.

Trend -un arayışı: 2007-ci il aprelin ortalarında Quba şəhər stadionunun tikintisi zamanı kütləvi insan məzarlığı aşkarlanıb. Ekspertlər müəyyən ediblər ki, burada insanların nizamsız şəkildə dəfn olunması və digər amillər onların 1918-ci ildə ermənilərin soyqırımına məruz qaldığını sübuta yetirib.

Sənəddə qeyd edilir ki, məzarlığın aşkar edilməsindən üç ilə yaxın keçməsinə baxmayaraq hələ də heç bir ciddi iş görülməyib: "Bu faciəli abidənin qorunub saxlanılması və bu faktların dünya ictimaiyyətinə çatdırılması, faktlardan erməni fəhşiliklərinin ifşa olunması üçün istifadə olunması istiqamətində heç bir səmərəli addım atılmayıb", - bəyanatda vurğulanır.

QAT hakimiyyət orqanlarından məsələyə ciddi müdaxilə etmələrini və təcili tədbirlərin həyata keçirilməsini tələb edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti