...

Azərbaycanda erkən nikahla bağlı problemin qarşısının alınması üçün maarifləndirməyə ehtiyac var - deputat

Cəmiyyət Materials 16 Fevral 2010 12:49 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı hesab edir ki, erkən nikahla bağlı problemin qarşısının alınması üçün maarifləndirməyə ehtiyac var.
Azərbaycanda erkən nikahla bağlı problemin qarşısının alınması üçün maarifləndirməyə ehtiyac var - deputat

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, erkən nikahla bağlı problemin qarşısının alınması üçün maarifləndirməyə ehtiyac var.

"Erkən nikahla bağlı problemin qarşısının alınması üçün, xüsusən, region telekanalları bu mövzuya daha çox vaxt ayırmalıdır", - Trend -un məlumatına görə, bunu çərşənbə axşamı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət KomitəsiBMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyinin erkən nikahla bağlı keçirdiyi tədbirdə deputat Qənirə Paşayeva bildirib.

Trend -un arayışı: Azərbaycanda ötən il nikaha girənlərin 10 faizi boşanıb. Bu da son yeddi ildə boşanma hallarının iki dəfə artdığını göstərir. 2002-ci ildə isə bu göstərici 5 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, ötən il ölkədə 78,9 min nikah qeydə alınıb. Boşanmaların sayı isə 7,8 min olub.

Paşayeva deyib ki, telekanallar bu mövzu ilə bağlı müzakirələr apararkən erkən nikahı müdafiə edən, yanlış mövqedə olan insanlara yer verməməlidir. Çünki onların mövqeləri erkən nikahlarla bağlı cəmiyyətdə tərəddüdlərə yol açır.

"Həm deputatlar, həm ziyalılar erkən nikaha qarşı yekdil mövqe nümayiş etdirməlidir. Bunu problemin bizim üçün doğuracaq nəticələrinin aradan qaldırılması üçün etməliyik", - Paşayevə əlavə edib.

Deputat hesab edir ki, erkən nikah qızların təhsildən yayınmasına yol açır.

Xəbər lenti

Xəbər lenti