...

Azərbaycanda məhkumlar istintaq təcridxanasından çıxmadan məhkəmə prosesində iştirak edə biləcək - Ali Məhkəmənin sədri

Cəmiyyət Materials 2 Mart 2010 11:00 (UTC +04:00)
Azərbaycanda məhkumlar istintaq təcridxanasından çıxmadan məhkəmə prosesində iştirak edə biləcək. Trend News-un məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Ali Məhkəmənin sədri Ramiz Rzayev məlumat verib.
Azərbaycanda məhkumlar istintaq təcridxanasından çıxmadan məhkəmə prosesində iştirak edə biləcək - Ali Məhkəmənin sədri

Azərbaycan, Bakı, 2 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkumlar istintaq təcridxanasından çıxmadan məhkəmə prosesində iştirak edə biləcək. Trend -un məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Ali Məhkəmənin sədri Ramiz Rzayev məlumat verib.

"Gələcəkdə yeni müasir standartlara cavab verən istintaq təcridxanaları istifadəyə veriləndən sonra məhkumlar videogörüntü ilə Ali Məhkəmədə keçirilən proseslərdə ifadə verə biləcək. Ali Məhkəmədə belə bir texniki imkanlar var", - Rzayev əlavə edib.


Naxçıvan Muxtar Respublikasında inşa olunan qarışıq rejimli 430 nəfərin saxlanması üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsinin tikintisi artıq başa çatdırılıb.

Lənkəran (1000 nəfərlik) və Şəki (900 nəfərlik) şəhərlərində qarışıq rejimli penitensiar müəssisələr komplekslərinin, Bakı şəhərinin Zabrat qəsəbəsində isə Bakı istintaq təcridxanasının (2500 nəfərlik) tikintisi üzrə işlər davam etdirilib, ötən ilin iyun ayından etibarən Bakı istintaq təcridxanası artıq fəaliyyətə başlayıb. Umbakı qəsəbəsində müasir tələblərə cavab verən yeni həbsxananın (1500 nəfərlik), Xanlar-Şəmkir yolunda isə qarışıq rejimli cəzaçəkmə müəssisəsinin (1500 nəfərlik) tikintisi üzrə inşa işlərinə başlanıb. Eyni zamanda, Kürdəmir rayonunda qarışıq rejimli cəzaçəkmə müəssisəsinin (1000 nəfərlik) inşası məqsədilə 20 hektar, qadınlar və yetkinlik yaşına çatmayan məhkumlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisələrinin isə yeni əraziyə köçürülməsi üçün Zabrat qəsəbəsində 13 hektar torpaq sahəsi ayrılıb.

Xəbər lenti

Xəbər lenti