...

Müxalifət lideri Musəvinin həyat yoldaşı İranda qadınlara qarşı ayrıseçkilikləri tənqid edib

Cəmiyyət Materials 6 Mart 2010 14:27 (UTC +04:00)
İranın müxalifət lideri Mir Hüseyn Musəvinin həyat yoldaşı Zəhra Rəhnəvərd 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bəyanat yayıb.
Müxalifət lideri Musəvinin həyat yoldaşı İranda qadınlara qarşı ayrıseçkilikləri tənqid edib

İranın müxalifət lideri Mir Hüseyn Musəvinin həyat yoldaşı Zəhra Rəhnəvərd 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bəyanat yayıb. Bu barədə İranın "Kaleme" xəbər saytı məlumat yayıb.

Bəyanatda xanım Rəhnəvərd İranda qadınlara qarşı ayrıseçkilik yaradan qanunların olmasını tənqid edib və bildirib ki, bu gün İran qadınlarına qarşı təzyiqlər daha da artmaqdadır. Rəhnəvərd hakimiyyəti İran qadınının hörmətini gözləmək üçün insani dəyərlərə riayət etməyə çağırıb.

Rəhnəvərd İranda qadınlar haqqında qanunlarda boşluğun olduğunu diqqətə çəkib. O, İranda boşanma ilə bağlı qanunda ayrıseçkiliyi, qanbahası haqqında qanunda qadın və kişi bərabərliyinə riayət olunmaması, qızların törətdikləri cinayətə görə oğlanlarla müqayisədə daha az yaşda məsuliyyətə cəlb olunması və digər bu kimi qanunları İran qanunlarındakı çatışmazlıqlara nümunə göstərib.

İranın müxalifət liderinin xanımı öz bəyanatında, həmçinin, prezdent seçkilərindən sonra qadınların həbs olunmasını və onların bu yolda geri addım atmayacaqlarını bəyan edib.

Xəbər lenti

Xəbər lenti