...

Vyanada Novruz bayramı qeyd olunub

Cəmiyyət Materials 24 Mart 2010 09:19 (UTC +04:00)
Vyanada Novruz bayramı qeyd olunub, Trend News-a çərşənbə axşamı Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadaki səfirliyindən bildiriblər.
Vyanada Novruz bayramı qeyd olunub

Azərbaycan, Bakı, 23 mart / Trend /

Vyanada Novruz bayramı qeyd olunub, Trend -a çərşənbə axşamı Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadaki səfirliyindən bildiriblər.

Avstriyadaki Azərbaycan icmasının, diplomatik korpusunun və iş dairələrinin nümayəndələrinin iştirak etdiyi bayram tədbirləri Vyananın populyar klubu "Aux Gazelle" və məhşur "Kursalon" konsert zalında keçirilib.

Tədbirdə nitq ilə çıxış edən Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov Novruz bayramının keçirildiyi ölkələrdə malik olduğu əhəmiyyəti vurğuladı.

Tədbirlər Azərbaycanın Avstriyadakı səfirliyi, burada təhsil alan Azərbaycan tələbələrinin Assosiasiyası, "Business, culture and sport" Assosiasiyası və ARDNŞ tərəfindən təşkil edilib.

Xəbər lenti

Xəbər lenti