...

Azərbaycanda dələduzluqda ittiham olunan İran vətəndaşının məhkəməsi başlayıb

Cəmiyyət Materials 5 Aprel 2010 16:34 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Moradi Nadir Fərman oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycanda dələduzluqda ittiham olunan İran vətəndaşının məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycanda dələduzluqda ittiham olunan İran vətəndaşının məhkəməsi başlayıb.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Moradi Nadir Fərman oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı aprelin 11-nə təyin edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.3.2), külli miqdarda ziyan vurmaqla dələduzluq etmə (178.2.3) və narkotik vasitələri əldəetmə və saxlama (234) maddələri ilə ittiham edilir.

Moradi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Onun Azərbaycanda 10-dan çox şəxsi aldatması müəyyən edilib. O, aldadılan vətəndaşların etibarından sui-istifadə edərək, onlara İrandan ucuz qiymətə saxsı qablar gətirəcəyini vəd edib və həmin şəxslərdən külli miqdarda pul alaraq mənimsəyib.

Moradi saxlanılarkən üzərindən külli miqdarda narkotik vasitə hesab olunan həşiş aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti