...

Azərbaycanın şimal bölgəsində yeni cəzaçəkmə müəssisəsi inşa olunacaq - ədliyyə nazirinin müavini

Cəmiyyət Materials 7 May 2010 13:07 (UTC +04:00)
Azərbaycanın şimal bölgəsində (Dəvəçi, Siyəzən, Quba, Qusar, Xaçmaz rayonlar) yeni cəzaçəkmə müəssisəsi inşa olunacaq, - Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov məlumat verib.
Azərbaycanın şimal bölgəsində yeni cəzaçəkmə müəssisəsi inşa olunacaq - ədliyyə nazirinin müavini

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın şimal bölgəsində (Dəvəçi, Siyəzən, Quba, Qusar, Xaçmaz rayonlar) yeni cəzaçəkmə müəssisəsi inşa olunacaq, - Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov məlumat verib.

"Yeni inşa olunancaq müəssisə üçün yer ayrılması məqsədilə müvafiq icra haklimiyyəti orqanları ilə danışıqlar aparılır", - Ələkbərov deyib.

Nazir müavini bildirib ki, Şəkidə yeni inşa olunan cəzaçəkmə müəssisəsinin ilin sonunadək istifadəyə veriləcəyi gözlənilir.

"Lənkəran, Gəncə və Kürdəmirdə hazırda cəzaçəkmə müəssisələrinin inşası davam etdirilir. Gəncə şəhərində istintaq təcridxanası 1890-cı ildə inşa olunub. Həm də şəhərin mərkəzində yerləşdiyi üçün standartlara cavab vermir", - PX-in rəisi bildirib.

Ələkbərov deyib ki, yetkinlik yaşına çatmayan məhkumların saxlanıldığı müəssisə isə ilin sonunadək yeni müəssisəyə köçürüləcək.

"Hazırda Bakı istintaq təcridxanasının yaxınlığında yetkinlik yaşına çatmayanlar və qadın məhkumlar üçün yeni cəzaçəkmə müəssisəsi inşa olunur. Gələn ildən isə qadınlar üçün nəzərdə tutulan yeni müəssisənin inşası başa çatdırılacaq və qadın məhkumlar həmin müəssisəyə köçürüləcəklər", - Ələkbərov əlavə edib.

Xəbər lenti

Xəbər lenti