...

"Qarabağ" futbol klubunun bombardiri ciddi zədə alıb

Cəmiyyət Materials 9 Avqust 2010 15:42 (UTC +04:00)
Avropa Liqasının oyunları çərçivəsində 5 qol vurmuş Azərbaycanın "Qarabağ" futbol klubunun yarımmüdafiəçisi Əfran İsmayılov ciddi zədə alıb. Bu barədə Azərbaycan Futbol Federasiyasının məlumatında deyilir.
"Qarabağ" futbol klubunun bombardiri ciddi zədə alıb

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir M.Əliyev/

Avropa Liqasının oyunları çərçivəsində 5 qol vurmuş Azərbaycanın "Qarabağ" futbol klubunun yarımmüdafiəçisi Əfran İsmayılov ciddi zədə alıb. Bu barədə Azərbaycan Futbol Federasiyasının məlumatında deyilir.

Azərbaycan milli yığmasının tərkibinə Küveyt yığması ilə oyuna daxil edilən İsmayılov, siyahıdan çıxarılıb.

"Qarabağ" yarımmüdafiəçisinin premyer-liqanın "Neftçi"yə qarşı keçirdiyi ilk oyununda aldığı zədənin, onu 6 ay ərzində yaşıl meydançalardan kənar qoyacağı güman edilir.

"Qarabağ" futbol klubu Avropa Liqasının pley-off mərhələsində avqustun 19-u və 26-da Almaniyanın Borussiya (Dortmund) komandası ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti