...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı ilə bağlı 3 nəfərə ömürlük həbs cəzası verildi

Cəmiyyət Materials 10 Avqust 2010 12:26 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Nadir Əliyev, Cavidan Əmirov və Nəcəf Süleymanov ömürlük azadlıqdan məhrum edilib, Ariz Qabulova isə 11 il azadlıqdan məhrumetmə cəzası verilib.
Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı ilə bağlı 3 nəfərə ömürlük həbs cəzası verildi

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı ilə bağlı həbs edilən şəxslərə hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Nadir Əliyev, Cavidan Əmirov və Nəcəf Süleymanov ömürlük azadlıqdan məhrum edilib, Ariz Qabulova isə 11 il azadlıqdan məhrumetmə cəzası verilib.

2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri isə yaralayıb. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Cinayət işi üzrə həbs edilmiş Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyevə Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham elan olunub.

Təqsirləndirilənlər məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər və bildiriblər ki, ibtidai istintaqa işgəncə altında ifadə veriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti