...

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova ithaf olunmuş yeni musiqi kompozisiyası hazırlanıb

Cəmiyyət Materials 1 Sentyabr 2010 15:10 (UTC +04:00)
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova və onun simasında torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə, qəhrəmanlarımıza ithaf olunmuş yeni musiqi kompozisiyası hazırlanıb.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova ithaf olunmuş yeni musiqi kompozisiyası hazırlanıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova və onun simasında torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə, qəhrəmanlarımıza ithaf olunmuş yeni musiqi kompozisiyası hazırlanıb.

Trend-in məlumatına görə, millət vəkili Qənirə Paşayeva və əməkdar artist, bəstəkar-müğənni Tünzalə Ağayeva Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova və onun simasında torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə, qəhrəmanlarımıza ittihaf olunmuş "Şəhidim" adlı musiqi kompozisiyası hazırlayıblar.

Sözləri Paşayevaya, bəstəsi Ağayevaya aid musiqi kompozisiyasını bəstəçi-müğənni və türkiyəli sənətçi, eyni zamanda, TRT AVAZ kanalının aparıcısı Cüneyt Cakova ifa edir.
Musiqi kompozisiyası Mübariz İbrahimovun ailəsinə yazdığı VİDA məktubu üzərində qurulub. Artıq millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə musiqi kompozisiyasının klipi də hazırlanıb və sentyabrın 2-dən etibarən, radio-televiziyada nümayiş olunmağa başlayacaq.

Musiqi kompozisiyasının və klipin Türkiyənin bəzi radio və televiziya kanallarında nümayiş etdirilməsi də nəzərdə tutulur. Musiqi kompozisiyası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş "MÜQƏDDƏS ZİRVƏ" adlı film üçün hazırlanıb. Filmdə Mübariz İbrahimovun qəhrəmanlıq yolu geniş şəkildə öz əksini tapıb. Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə hazırlanan və çəkilişlərinə 1 ay əvvəl başlanılan film artıq hazırdır. Yaxın günlərdə filmin təqdimat mərasimi keçiriləcək. Televiziya kanallarında da nümayiş olunacaq filmin nüsxələri hərbi hissələrə, ali və orta məktəblərə, xaricdə yaşayan soydaşlarımıza  göndəriləcək.

Xəbər lenti

Xəbər lenti