...

Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının XXII toplantısında iştirak edəcək

Cəmiyyət Materials 11 Oktyabr 2010 13:44 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XXII toplantısına qatılacaq.
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının XXII toplantısında iştirak edəcək

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XXII toplantısına qatılacaq.

Şuranın bazar ertəsi yaydığı məlumata görə, tədbir noyabrın 4-5-də Hollandiyanın paytaxtı Amsterdam şəhərində keçiriləcək.

Toplantıda alyansa üzv 30-dan artıq ölkənin mətbuat şuralarının hesabatı dinləniləcək, bu qurumların fəaliyyətindəki oxşar və fərqli cəhətlər ətrafında fikir mübadilələri aparılacaq. Azərbaycan Mətbuat Şurasının hesabatı və "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın yeni variantı müzakirəyə çıxarılacaq.

Tədbirin gündəliyinə vətəndaş-mətbuat münasibətlərinə, plüralizmin inkişafı məsələlərinə, Mətbuat Şurası və onlayn jurnalistika mövzularına dair diskussiyaların aparılması da daxildir.
MŞ sədri Hollandiyaya səfəri çərçivəsində bu ölkədəki Mətbuat Şurasının 50 illik yubileyi mərasiminə də qatılacaq.

Amaşovun bu il, həmçinin, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Nepalda keçiriləcək illik toplantısında iştirakı da nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti