...

Bakıda "MDB və ŞƏT-in dillər və mədəniyyətlərarası dialoqu XXI əsrdə" VI Beynəlxalq forumu keçiriləcək

Cəmiyyət Materials 30 Oktyabr 2010 13:08 (UTC +04:00)
"MDB və Şanxay Əməkdaşlıq Təşkilatının dillər və mədəniyyətlərarası dialoqu XXI əsrdə" VI Beynəlxalq forumu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi vəMoskva Dövlət Dillər Universitetinin təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin bazasında keçiriləcək.
Bakıda "MDB və ŞƏT-in dillər və mədəniyyətlərarası dialoqu XXI əsrdə" VI Beynəlxalq forumu keçiriləcək

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir S.Ağayeva/

"MDB və Şanxay Əməkdaşlıq Təşkilatının dillər və mədəniyyətlərarası dialoqu XXI əsrdə" VI Beynəlxalq forumu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi və Moskva Dövlət Dillər Universitetinin (MDDU) təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin bazasında keçiriləcək.

Tədbir MDB-nin 20 illiyinə həsr olunacaq, plenar və sessiya iclası formasında keçiriləcək. Bu barədə MDB-nin İcraiyyə Komitəsindən məlumat verilib.

Plenar iclasda İcraiyyə Komitəsinin sədri - MDB-nin icraçı katibi Sergey Lebedev çıxış edəcək. Sessiya zamanı forum iştirakçıları MDB və ŞƏT ölkələrində humanitar sahələrin siyasi, hüquqi, iqtisadi, sosial və mədəni cəhətlərini; humanitar sahələrin çoxdillilik şərtlərində dil və mədəniyyət dialoqu; rus dili xalqların beynəlxalq və millətlərarası ünsiyyət vasitəsi kimi; bədii tərcümə mədəniyyət və dillərin qarşılıqlı fəaliyyət və təsir vasitəsi kimi; dini təhsil MDB və ŞƏT-ə üzv ölkələrin dünyəvi və dini təhsil müəssisələri arasında dialoq kimi mövzularında məsələləri müzakirə edəcəklər.

Bundan əlavə, forum çərçivəsində MDB Beynəlxalq Dillər İnstitutu, MDDU tərəfindən işlənib hazırlanmış Birlik ölkələrinin dillər və mədəniyyət üzrə təhsil materiallarının sərgisi, Azərbaycan dili üzrə tədris-metodiki kompleksin təqdimatı, "MDB və ŞƏT informasiya məkanında mədəniyyətlərarası dialoq" adlı "dəyirmi masa" keçiriləcək.

Noyabrın 10-da MDB və ŞƏT ölkələri gənclərinin elmi ixtisasartırma proqramı çərçivəsində keçiriləcək tədbirlərdə MDDU-nun dil və mədəniyyət müəllimləri videokonfrans formatında "master-klass" keçəcəklər, dil və mədəniyyətin öyrənilməsi ilə yeni təhsil texnologiyalarından effektli istifadə üzrə elmi-metodiki seminar, aktual regionşünaslıq problemləri, dilşünaslıq və mədəniyyətlərarası əlaqə üzrə mühazirələr baş tutacaq.

Forumda MDB ölkələrindən məşhur siyasi xadimlər, dövlət və icra hakimiyyəti, nazirlik və idarə nümayəndələri, deputatlar, ali məktəb rektorları, aparıcı alimlər, peşəkar mütəxəssislər iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti