...

Azərbaycanda mərc oyunları 2011-ci ilin əvvəlində fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 14 Dekabr 2010 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir М.Əliyev/

Azərbaycanda mərc oyunları 2011-ci ilin əvvəlində fəaliyyətə başlayacaq.

"Azərbaycanda mərc oyunları gələn ilin əvvəlində fəaliyyətə başlayacaq", - çərşənbə axşamı  jurnalistlərə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

Mərc oyunlarının keçirilməsinin yubanmasını nazir sənədləşmə işi ilə əlaqələndirib.

"Yaxın günlərdə hökumətin müvafiq sərəncamının veriləcəyi gözlənilir", - nazir deyib.

"Azərbaycanda bukmeker kontorunun açılışına lisenziya alınması üçün ödəniş tələb olunmur. Mərc oyunları açmaq istəyənlər istənilən vaxt vəsaiti geri qaytara və ala biləcəkləri sadəcə 3000 manat dəyərində post-terminal almalıdırlar", - bundan əvvəl jurnalistlərə Rəhimov deyib.

Cari ildən ölkədə mərc oyunlarının fəaliyyəti dövlət tərəfindən nizama salınır. Gənclər və İdman Nazirliyində Türkiyənin "İnteltex" şirkəti ilə birgə mərc oyunlarının fəaliyyətinin idarəsini həyata keçirəcək "Azəridmanservis" şöbəsi yaradılıb.

Bu işlərlə məşğul olan "Azinteltek" 300-ə qədər post-terminal hazırlayıb.

Xəbər lenti

Xəbər lenti