...

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri 2 ay müddətinə həbs olunub (ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 10 Yanvar 2011 22:34 (UTC +04:00)
Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı barəsndə Nəsimi rayon məhkəməsi 2 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə Trend-ə Nəsimi rayon məhkəməsindən məlumat verilib.
Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri 2 ay müddətinə həbs olunub (ƏLAVƏ OLUNUB-2)

Nəsimi rayon məhkəməsinin məlumatı əlavə olunub

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı barəsndə Nəsimi rayon məhkəməsi 2 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə Trend-ə Nəsimi rayon məhkəməsindən məlumat verilib.

Pənahlı və onunla birlikdə saxlanılan Ceyhun Fərzullayev  barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmə Ceyhun barəsində də 2 aylıq həbs qətimkan tədbiri seçib.

Yanvarın 7-də, gecə 21:20 radələrində Bakı şəhər sakini Eldəniz Rzayev mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək Nəsimi rayonu Mirəli Qaşqay küçəsində Nemət Pənahlı və Ceyhun adlı şəxslər tərəfindən hədələndiyi, o cümlədən döyüldüyü barədə məlumat verib.

Onun məlumatı əsasında Pənahlı və Ceyhun Fərzullayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, Rzayev dindirilib və sonra xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, araşdırma zamanı müəyyən edilib ki, insident maşın alqı-satqısı ilə bağlı yaranan mübahisə zamanı baş verib.

"Döyülən şəxs Pənahlıdan maşın alıb. Hadisə baş verən gün Mirəli Qaşqay küçəsində həmin maşında texniki nasazlıq yaranıb. Rzayev Pənahlıya zəng edərək avtomobilin xarab olduğunu bildirib. Bundan sonra Pənahlı Rzayevlə görüşüb və aralarında yaranan mübahisə zamanı Pənahlı onu dəmir parçası ilə döyüb", - Zahidov deyib.

Nazirlik rəsmisi Pənahlının həbsinin Azərbaycan İslam Partiyasının sədrinin həbsi ilə əlaqəli olması barədə bəzi KİV-lərdə yayılan məlumatları təkzib edib.

Xəbər lenti

Xəbər lenti