...

Azərbaycanda korrupsiyaya qarşı mübarizədə Daxili İşlər Nazirliyi öz töhfəsini verəcək - nazir Ramil Usubov

Cəmiyyət Materials 12 Mart 2011 12:51 (UTC +04:00)
Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizədə Daxili İşlər Nazirliyinin orqanlarının şəxsi heyəti öz töhfəsini verəcək. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə daxili işlər naziri Ramil Usubov deyib.
Azərbaycanda korrupsiyaya qarşı mübarizədə Daxili İşlər Nazirliyi öz töhfəsini verəcək - nazir Ramil Usubov

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizədə Daxili İşlər Nazirliyinin orqanlarının şəxsi heyəti öz töhfəsini verəcək. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə daxili işlər naziri Ramil Usubov deyib.

"Prezidentin tapşırığı ilə korrupsiya ilə mübarizə sahəsində bir çox tədbirlər həyata keçirmişik və bundan sonra da keçirəcəyik", - Usubov deyib.

Nazirin sözlərinə görə, korrupsiya halları aşkar olunanda, ciddi şəkildə araşdırılır və əməkdaşlar haqqında ciddi tədbirlər görülür.

"Hər bir polis əməkdaşı, dövlət xidmətində olan əməkdaş bilməlidir ki, vətəndaşa təmənnasız xidmət etməlidir. Bunun üçün dövlətdən məvacib alır", - Usubov əlavə edib.

Xəbər lenti

Xəbər lenti