...

Azərbaycanla Mərakeşin Ədliyyə nazirlikləri arasında bir sıra sənədlər imzalanıb

Cəmiyyət Materials 14 Mart 2011 10:59 (UTC +04:00)
Azərbaycanla Mərakeşin Ədliyyə nazirlikləri arasında bir sıra sənədlər imzalanıb.
Azərbaycanla Mərakeşin Ədliyyə nazirlikləri arasında bir sıra sənədlər imzalanıb

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanla Mərakeşin Ədliyyə nazirlikləri arasında bir sıra sənədlər imzalanıb.

Azərbaycan Ədliyyə Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu gün ədliyyə naziri Fikrət Məmmədov və mərakeşli həmkarı Məhəmməd Nəsir "Əməkdaşlıq haqqında" saziş, "Cinayət işləri üzrə hüquqi yardım haqqında", "Mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında", "Təslimetmə haqqında" müqavilələr imzalayıblar.

Bu gün Mərakeşin nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ədliyyə Nazirliyi Fransa, Almaniya, Niderland, Rusiya, İtaliya, Avstiya və s. ölkələrin Ədliyyə nazirlikləri ilə əməkdaşlıq haqqında 24 saziş imzalayıb.

Xəbər lenti

Xəbər lenti