...

Azərbaycan "Metsamor" AES-də geniştərkibli ekspertizanın aparılması üçün beynəlxalq təşkilatlara müraciət edə bilər

Cəmiyyət Materials 6 Aprel 2011 14:00 (UTC +04:00)
Azərbaycan Ermənistanın "Metsamor" atom elektrik stansiyasında (AES) geniştərkibli ekspertizanın aparılması üçün Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) müraciət ünvanlaya bilər.
Azərbaycan "Metsamor" AES-də geniştərkibli ekspertizanın aparılması üçün beynəlxalq təşkilatlara müraciət edə bilər

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Ermənistanın "Metsamor" atom elektrik stansiyasında (AES) geniştərkibli ekspertizanın aparılması üçün Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) müraciət ünvanlaya bilər. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.

Onun sözlərinə görə, belə sənədin hazırlanması üçün elmi əsaslandırmalar da olmalıdır. Radiasiya Problemləri İnstitutu tərəfindən elmi şəkildə əsaslandırılmış sənədlər müvafiq dövlət qurumlarına təqdim olunub.

Adil Qəribov onu da bildirib ki, may ayının 14-də BAEA-nın komissiyası "Metsamor" AES-də yoxlamalar aparmaq üçün Ermənistana gedəcək. "Metsamor" AES-də bir sıra məsələlər, o cümlədən reaktorun dayandırılıb yenidən işə salınması, yanacaq və təhlükəsizlik ilə bağlı məsələlər yoxlanılacaq.

Qəribov bildirib ki, "Metsamor" AES köhnə texnologiyalar əsasında tikilib, ona görə də həmin stansiyada çatışmazlıqların olması ehtimalı böyükdür.

"Yaponiya kimi bir ölkənin texnologiyalarında soyuducu sistemdə nasazlığın yaranması göstərir ki, istənilən ölkədə bu problem ola bilər. Hələ bu Yaponiya texnologiyasıdır ki, bu cür ekstremal situasiyadan çıxa bildi. Həmin vəziyyət Ermənistanda olsaydı, bilmək olmazdı ki, qonşu ölkənin reaktorunda hansı hadisələr baş verərdi", - Qəribov əlavə edib.

Martın 11-də Yaponiyada 9,0 maqnitudalı zəlzələ hündürlüyü 10 metrdən çox olan sunamiyə səbəb olub. Son rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində 11 mindən çox insan həlak olub, 18 minə yaxını itkin düşüb. Zəlzələdən sonra Yaponiyanın "Fukusima-1" AES-də soyutma sistemlərinin sıradan çıxması ilə əlaqədar silsilə qəzalar qeydə alınıb. AES-dəki insidentlər nəticəsində bir neçə radiasiya sızması aşkar edilib ki, bu da hakimiyyəti AES-in ətrafındakı 80 kilometrlik zonadan əhalinin təxliyə edilməsinə məcbur edib.

Qəribov hesab edir ki, bu problemlə birinci növbədə ermənilər özləri maraqlanmalıdırlar.

"Həmin stansiyada qəza baş versə, onun nəticələri birinci növbədə Ermənistan ərazilərinə təsir edəcək. Ona görə də beynəlxalq təşkilatlar bu məsələyə həssas yanaşmalıdırlar. Bu məsələ Azərbaycanın mövqeyi kimi yox, bütün bəşəriyyət üçün problem yarada biləcək məsələ kimi qoyulmalıdır", - o deyib.

Qəribov qeyd edib ki, "Metsamor" AES 40 il əvvəl layihələşdirilmiş bir qurğudur.

"Əlbəttə ki, həmin qurğuda çatışmazlığın olması labüddür. O dövrdən bu günə qədər təhlükəsizliklə bağlı bir sıra problemlər ortaya çıxa bilər. Bu gün dünya ölkələri nüvə enerjisi məsələsinə yeni kontekstdən yanaşırlar. Burada əsas məsələ təhlükəsizlikdir", - o vurğulayıb.

"Metsamor" AES 1979-cu ild ə istifad əy ə verilib. AES-in t əhlük əsizlik baxımından əsas problemi onun yerl əşm əsi il ə bağlıdır. Bel ə ki, AES dağlıq regionda yerl əşir v ə h əmin ərazid ə q əza baş ver əc əyi t əqdird ə reaktorun aktiv zonasının soyudulması üçün t əl əb olunan q əd ər su yoxdur. 1988-ci ilin dekabr ayının 7-d ə Erm ənistanın Spitak ş əh ərind ə baş ver ən z əlz əl əd ən sonra reaktorun f əaliyy əti dayandırılmışdı. 1995-ci ild ə altı il ə q əd ər f əaliyy əti dayandırılmış reaktorun ikinci enerji bloku f əaliyy ət ə başlayıb. Avropa İttifaqı "Metsamor" AES-in f əaliyy ətinin dayandırılmasında israrlıdr.

Xəbər lenti

Xəbər lenti