...

Trend BİA-da azərbaycanlı və rusiyalı alimlərin iştirakı ilə Qələbə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 9 May 2011 18:50 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyində (BİA) azərbaycanlı və rusiyalı alimlərin iştirakı ilə 9 May Qələbə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib.
Trend BİA-da azərbaycanlı və rusiyalı alimlərin iştirakı ilə Qələbə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO)

təfərrüatlar və fotolar əlavə olunub (ilk xəbər 16:49-da yayılıb)

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.Tariverdiyeva/

Trend Beynəlxalq İnformasiya Agentliyində (BİA) azərbaycanlı və rusiyalı alimlərin iştirakı ilə 9 May Qələbə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib.

Tədbirdə MDU-nun tarix fakültəsinin dekan müavini, Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) professoru Aleksey Vlasov, RDHU yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri, MDU-nun tarix fakültəsinin dosenti İsmayıl Atakişiyev, tarix elmləri doktoru, professor Eldar İsmayılov, Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov, "Novosti-Azərbaycan" agentliyinin baş direktoru Gülnarə Məmmədzadə, politoloq İlqar Vəlizadə iştirak ediblər.

Görüş iştirakçıları yeni dialoq meydanlarının yaradılması vasitəsilə ümumi tarixi məkanın saxlanması, elm və informasiya kommunikasiyaları mexanizmlərinin inkişafı barədə ümumi istək ifadə ediblər. Trend və "Vestnik Kafkaza" agentlikləri yanında Azərbaycan-Rusiya tarix klubunun yaradılmasına dair qərar qəbul olunub.

Vlasovun sözlərinə görə, ekspert klubunun yaradılması Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr üzrə dialoqun gücləndirilməsinə imkan yaradacaq.

"Sözsüz ki, bu münasibətlərin əsasını siyasi dialoq, ticarət və iqtisadi əlaqələr təşkil edəcək.Ona görə də mən çoxlu ümumi tarixi sualların müzakirəsi məqsədi ilə iki ölkənin politoloq, humanitar və tarixçiləri arasında fikir mübadiləsinin aparılması üçün meydanın yaradılması təşəbbüsü ilə çıxış etmişəm" deyə Vlasov bildirib.

Onun fikrincə, bu gün belə görüşlərin daimi keçirilməsi uçün əsas var.

İsmayıl Ağakişiyevin sözlərinə görə, Böyük Vətən müharibəsi (BVM) zamanı baş vermiş hadisələrin izah edilməsinə görə iki dövlətin tarixçiləri məsuliyyət daşıyırlar.

Ağakişiyevin sözlərinə görə, bu hadisələrin səbəbi həm təhsilin çatmamasında, həm də bəzən KİV tərəfindən BVM zamanı baş verən tarixi faktların saxtalaşdırılmasındadır.

"SSRİ tərkibində olmuş bütün xalqarın BVM-də iştirakı fəxredici, birləşdirici bir faktdır. Tarixi faktları saxtalaşdırmaq yaddaşı itirmək deməkdir" deyə Ağakişiyev bildirib.

Rasim Musabəyovun fikrincə, Azərbaycanın dövlət siyasəti nöqteyi nəzərdən Böyük qələbəyə münasibət dəyişilməyib. "Əvvəllər olduğu kimi, bu bayram təntənə ilə qeyd olunur" Musabəyov deyib.

Deputatın fikrincə, Azərbaycan və Rusiyanı 200 illik ümumi tarix əlaqələndirir və buna görə də iki ölkə arasında mövcud olan ümumi tarixi sahə hələ uzun müddət qalacaq. Həmçinin, o Azərbaycanda aktiv istifadə olunan rus dilinin birləşdirici rolunu vurğuladı.

"Həm də Azərbaycan və Rusiya arasında tələbələrin mübadiləsi məsələsi və iki dövlət arasında münasibətlərin yüksək səviyyədə saxlanılmasını təmin edən siyasi kontekst çox vacibdir" Musabəyov deyib.

Eldar İsmayılovun sözlərinə görə, postsovet dövlətlərin müstəqillik əldə etmələrindən sonra BVM-nin hadisələrinə münasibəti məsələsi ən vaciblərindən biridir. Tarixçinin fikrincə, bu gün ümumi inteqrasiya sahəsinin böyük problemi Azərbaycan və Rusiya arasında məlumat mübadiləsinin kifayət qədər olmamasıdır. "Bizim vəzifəmiz - indiki nəslin mövqeyini nəzərə alaraq BVM-də qələbənin vacib olduğunu izah etməkdir" deyə İsmayılov bildirib.

Gülnarə Məmmədzadənin fikrincə, son zaman dəyərlərin yenidən qiymətləndirilməsi baş versə də, bu kontekstdə Rusiya bütün dövlətlərin birləşdirilməsi təşəbbüsü ilə çıxış edir. Onun fikrincə, rus dili bu sahədə mühüm rol oynaya bilər.

"Biz ölkələrimiz arasında əməkdaşlıq mexanizmi yaratmalıyıq. Bu gün Azərbaycan və Rusiya arasında əlaqələrin formalaşması dövlət strukturları səviyyəsində baş verir. Biz həmçinin ekspertlər səviyyəsində ikitərəfli maraqlar sahələrinin aşkarlanması mexanizmlərini təklif edə bilərik" Məmmədzadə söyləyib.

Ilqar Vəlizadə hesab edir ki, BVM mövzusu hələ də aktualdır. Lakin bu məqamda tarixi faktların düzgüz verilməsi vacibdir.

"BVM-nin tarixi prinsipial bir məqamdır. Biz yeni üsul və formalardan istifadə edərək BVM-nin tarixini gələcək nəsillərə düzgün şəkildə çatdırmalıyıq" Vəlizadə deyib.

Politoloqun fikrincə, iqtisadi əlaqələrin inkişafı, işgüzar əlaqələrin gücləndirilməsi rus dilinə yeni maraq dalğasını qaldırmaqla Azərbaycan və Rusiya arasında münasibətlərin gücləndirilməsində böyük rol oynayacaq.

Xəbər lenti

Xəbər lenti