...

Məleykə Abbaszadə müəllimlik ixtisasının xüsusi qabiliyyət tələb edən ixtisaslara aid edilməsi fikrini qəbul etmir

Cəmiyyət Materials 13 May 2011 12:50 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə müəllimlik ixtisasının xüsusi qabiliyyət tələb edən ixtisaslara aid edilməsi ilə bağlı səslənən fikirləri qəbul etməyib.
Məleykə Abbaszadə müəllimlik ixtisasının xüsusi qabiliyyət tələb edən ixtisaslara aid edilməsi fikrini qəbul etmir

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə müəllimlik ixtisasının xüsusi qabiliyyət tələb edən ixtisaslara aid edilməsi ilə bağlı səslənən fikirləri qəbul etməyib.

"Jurnalistika kütləvi ixtisasdır, amma müqayisə olunduqda, müəllimlik daha kütləvi ixtisasdır. Belə kütləvi ixtisaslar üçün də qabiliyyət imtahanının keçirilməsi tamamilə lüzumsuzdur", - Trend-in məlumatına görə, Abbaszadə cümə günü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müəllimlik ixtisasının xüsusi qabiliyyət tələb edən ixtisaslara aid edilməsi qeyri-mümkündür. Digər tərəfdən, bu, çox böyük subyektivliklərə yol aça bilər.

Abbaszadə deyib ki, müəllimliyə qəbul olunmaq istəyən gənclər arasında kifayət qədər yüksək nəticə göstərənlər yoxdur.

"Əgər müəllim ixtisasına qəbul olunmaq istəyənlərin hamısı 500-dən yuxarı bal toplasaydı, onda onları psixoloji cəhətdən və digər meyarlar üzrə yoxlamaq olardı. İmtahanlarda 300 baldan yuxarı nəticə göstərənlər müəllimliyə qəbul oluna bilirlər", - TQDK sədri bildirib.

Xəbər lenti

Xəbər lenti